Türkiyənin "Menifest" qrupu 18+ konserti ilə gündəmə gəlib.

"Unikal" xəbər verir ki, İstanbul Küçük Çiftlikdə 12 min tamaşaçının qarşısında çıxış edən qrup üzvləri ilk 18+ konsertinə görə İstanbul Baş Prokurorluğu tərəfindən məhkəməyə veriliblər. 

Mina Solak, Esin Bahat, Zeynep Sude Oktay, Lidya Pınar, Sueda Uluca və Emine Hilal Yelekçidən ibarət qrupa “təşhirçilik” və "nalayiq hərəkətlər" maddəsi ilə cinayət işi açılıb.