Xaçmazda 49 yaşlı piyadanı avtomobil vurub.

“Unikal”ın şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba avtomobil yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayon sakini 1976-cı il təvəllüdlü Süleymanov Sahib Mecid oğlu şadlıq sarayından toydan çıxıb evinə gedən zaman onu "Toyota - Corolla" markalı minik avtomobili vurub. 

 Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada S.Süleymanov hadisə yerində ölüb.

 Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca