"Trabzonspor" "Mançester Yunayted"in qapıçısı Andre Onananın transferini bitirib.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, Türkiyə təmsilçisinin kamerunlu qapıçı ilə müqavilə imzaladığını bildirib. Onana yeni klubunda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Onana ötən mövsüm "Mançester Yunayted"in heyətində 50 oyun keçirib, onlardan 11-də qapısını toxunulmaz saxlayıb. 28 yaşlı qapıçının klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.