"Heç vaxt düşünməzdim ki, gecə vaxtı oğru kimi ölkəmdən qaçmalı olacağam".

"Unikal" xəbər verir ki, bunu “Corriere della Sera” qəzetinə Kiyevdən Polşanın Krakov şəhərinə gedən Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba deyib.

Onun gedişinə Zelenski hökumətinin keçmiş diplomatların xaricə səyahətinə qadağa qoyması səbəb olub. Kuleba bu fərmandan vaxtında xəbər tutub və onun qüvvəyə minməsinə bir neçə saat qalmış ölkəni tərk edə bilib.

"Zelenski və onun ətrafı bizim xaricə səfər etməyimizi və onların fikrincə, hökumət xətti ilə ziddiyyət təşkil edə biləcək fikirlər söyləməyimizi istəmir. Mən təqib maniyasından əziyyət çəkdiyimi düşünmürəm, amma dəqiq bilirəm ki, bu fərman mənim getməyimə və bir neçə başqa adamın getməsinə mane olmaq məqsədi daşıyır", - deyə o əlavə edib.