Lerik rayonunda bədbəxt hadisə baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Lerik rayonunun Dəvrədibi kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Günel Əşrəfova təndir qalamaq üçün benzindən istifadə edib. Bu zaman alov G.Əşrəfovanın baş və bədən nahiyəsinə yayılıb. O ətrafdakıların köməyi ilə xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına travmatik şok, gövdənin, yuxarı ətrafın və çiyin qurşağı nahiyəsinin, eləcə də baş və boyunun ikinci dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəlil Əliyev