IDF və "Şin Bet" Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə hücumu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə israil KİV məlumat yayıb.
Açıqlamada, hədəfə alınan liderlərin 7 oktyabr 2023-cü ildə ölkənin cənubunda 1200-ə yaxın israillinin qətliamına görə məsuliyyət daşıdığı və bundan əvvəl də terror qruplaşmasının əməliyyatlarını idarə etdiyi bildirilib.
ABŞ-nin hücumla bağlı məlumatı var imiş.
***
Qətərin paytaxtı Dohada bir neçə partlayış səsi eşidilib.
"Unikal" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Bildirilir ki, hücumu həyata keçirən İsrail Silahlı Qüvvələridir. IDF HƏMAS liderinin olduğu ərazini hədəfə alıb. Nəticədə təşkilatın lideri Xəlil əl-Hayya öldürülüb.