Nepalda etirazçılar baş nazir Olinin iqamətgahını yandırıblar.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirlər helikopterlərlə təxliyə edilib. Katmandu və digər şəhərlərdə komendant saatı elan edilib.
Xatırladaq ki, sosial şəbəkələrin məhdudlaşdırılması və korrupsiyaya qarşı etirazlar nəticəsində 19 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Bundan sonra sosial media qadağası ləğv edilib.
Ağarza Elçinoğlu