Nepalda iki etirazçının polis tərəfindən güllələnməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Nepal etirazlarında ölənlərin sayı 22-yə çatıb. İnsident etirazçıların mülkləri yandırması və polis əməkdaşlarına hücum etməsindən sonra baş verib", - məlumatda qeyd olunub.
Bundan əvvəl Nepalda etirazçılar ölkə prezidentinin iqamətgahını yandırıblar.
Xatırladaq ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarı etirazla nəticələnib.