Almaniyanın Osnabrück şəhərində 75 yaşlı kişi öz evinin liftində qalıb.
"Unikal" "Bild" qəzetinə istinadən xəbər verir ki, nasaz elektrik sistemi səbəbindən nəinki liftin özü, hətta təcili çağırış düyməsi də işləməyib. Kişinin telefonu olmadığı üçün yaxınları ilə əlaqə saxlaya bilməyib.
Kişi dörd gün ac-susuz çarəsiz vəziyyətdə kabinədə qalıb. O, ancaq oğlunun atasının cavab verməməsindən narahat olaraq polisə müraciət etdikdən sonra xilas edilib. Zabitlər gələndə şaxtadan zəif bir səs eşidiblər. Zərərçəkmiş ciddi şəkildə susuz qalıb və xəstəxanaya aparılıb.