Nepalın keçmiş baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, ölkənin hazırkı xarici işlər naziri Arzu Rana Deuba kütləvi etiraz aksiyaları zamanı hücuma məruz qalıblar.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, siyasətçilər etirazçılar tərəfindən döyülməsi nəticəsində xəsarət alıblar.
Etirazçılar xarici işlər nazirinə məxsus özəl məktəbi də yandırıblar.
Qeyd edək ki, bundan əvvəl Nepalın Baş naziri Şarma Oli ölkədəki iğtişaşlar fonunda istefa vermişdi.
Sosial şəbəkələrin məhdudlaşdırılması və korrupsiyaya qarşı etirazlar nəticəsində 80-dən çox insan ölüb.
Bundan sonra sosial media qadağası ləğv edilib.
Ağarza Elçinoğlu