Belarus prezidenti Aleksandr Lukaşenko Şimali Koreyaya səfər edəcək. 

"Unikal" xəbər verir ki, o, Kim Çen Inı Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə təbrik edib və ölkəyə səfərə hazır olduğunu qeyd edib. 

"Pekindəki son görüşümüzü hərarətlə xatırlayıram. Dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün hər iki tərəf üçün əlverişli olan ən yaxın vaxtda ölkənizə səfər etməyə hazır olduğumu təsdiqləyirəm", - Lukaşenko məktubunda qeyd edib.