Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində 2-ci turun matçına çıxacaq.

"Unikal" xəbər verir ki, B qrupunda yarışan komandamız Bolqarıstan komandasını qəbul edəcək. Mərkəkən qəsəəsi stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq.

U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu gün əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün Bolqarıstanla matçda U-21-ə onun köməkçisi Elnur Çodarov rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan U-21 yığması seçmə mərhələdə ilk oyunda Portuqaliyaya 0:5 hesabı ilə uduzub. Bolqarıstan isə Cəbəllütariqə qalib  gəlib - 3:0.

18:00. Azərbaycan - Bolqarıstan

Baş hakim: Florian Lata (Albaniya)

Mərdəkan stadionu