Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü E.Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbədən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov