Məhkəmə jurnalist Aleksandra Bəyazidovanın cəzasını dəyişib.
"Unikal" xəbər verir ki, o, 10 ay 18 gün müddətinə məcburi əməyə məhkum edildi
Qərar Vladimir vilayətinin Sudoqodski Rayon Məhkəməsi tərəfindən qəbul edilib. Jurnalist indiyədək cəzasını ümumi rejimli koloniyada çəkib.
Bəyazidova 2023-cü il noyabrın sonunda “Promsvyazbank”ın top-menecerindən pul tələb etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bəyazidova şəkərli diabet, hipertoniya və qlaukoma xəstəsidir.
Jurnalist 2022-ci ilin avqustundan istintaq təcridxanasındadır.