“Badam Medical Center”in direktoru Fuad Məmmədov son struktur dəyişiklikləri fonunda vəzifəsindən ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
F.Məmmədov bildirib ki, qərarı öz istəyi ilə qəbul edib: "Missiyamı başa vurmuş hesab edirəm".
Onun sözlərinə görə, klinikada aparılan yeni struktur dəyişikliyi ilə razılaşmadığı üçün direktor vəzifəsindən ayrılıb.
Qeyd edək ki, son struktur dəyişikliklərindən sonra “Badam Medical Center” və “Caspian Hospital”ın idarəçiliyi birləşdirilib və vahid baş direktor vəzifəsi yaradılıb. Bu posta indiyədək “Caspian Hospital”a rəhbərlik edən Cəbrayıl Abbasov təyin olunub.
Hər iki tibb müəssisəsi eyni sahibkar qrupuna məxsusdur. Məhz bu dəyişiklikdən sonra Fuad Məmmədovun vəzifəsindən ayrılması baş verib.








































.jpg)










.jpg)



