Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu təhlükəsizlik məsələlərinə nəzarət edən BRICS ölkələrinin yüksək səviyyəli nümayəndələrinin görüşündə iştirak etmək üçün Hindistana səfər edib.

"Unikal" xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin nəlumatına görə, görüş bu gün keçiriləcək.

İştirakçılar beynəlxalq münasibətlərin inkişaf edən polisentrik arxitekturası kontekstində BRICS ölkələri arasında koordinasiyanın gücləndirilməsi yollarını, eləcə də beynəlxalq və regional təhlükəsizliyin konkret məsələlərini müzakirə edəcəklər.

Şoyqunun aparıcı BRICS ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə bir neçə ikitərəfli görüş keçirməsi də gözlənilir.