Göygöldə yol qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.