Türkmənistanın tələbi ilə Səddam Qulamov adlı fəal ekstradisiya edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
O, Türkmənistanda beş il müddətinə azadlıqdan məhrum edilib. Ekstradisiya tələbi 20 dekabr 2023-cü ildə təmin edilib və fəal 1 mart 2024-cü ildə Türkmənistana təhvil verilib. Aşqabad Şəhər Məhkəməsi onu beş il müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, Rusiyanın Türkmənistandakı səfirliyinin əməkdaşları Qulamovu cəzaçəkmə müəssisəsində ziyarət edib və onun vəziyyətini yoxlayıblar. Səfərin nəticələri məlum deyil.
Səddam Qulamov 2020-2021-ci illərdə Türkmənistan hakimiyyətini və şəxsən Qurbanqulu Berdiməhəmmədovu kəskin ərzaq və iqtisadi böhrana görə sosial mediada açıq şəkildə tənqid etmişdi.
Ağarza Elçinoğlu




























.webp)





.jpg)

















