Türkiyənin "Beşiktaş" klubunun prezidenti Önder Özen yarımmüdafiəçi Zuriko Davitaşvilini klubuna qoşulmağa şəxsən razı salmaq üçün Gürcüstana uçacaq.
"Unikal" xəbər verir ki, bu barədə türk jurnalist Aydis Kərəmi yazıb.
"Zuriko Davitaşvili öz ölkəsində tətildədir. "Beşiktaş"ın prezidenti Önder Özen Davitaşvili ilə görüşmək üçün tezliklə Gürcüstana getməyi planlaşdırır", - deyə o bildirib.
Oyunçunun hazırkı klubu olan Fransanın "Sent-Etyen" klubunun rəhbərliyi transfer üçün təxminən 15 milyon avro almağı gözləyir. Davitaşvilinin özü Avropanın ən yaxşı beş liqasından birinə keçməyi prioritet hesab edir.













.jpg)





















.jpeg)


















