Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğanla Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan və Pezeşkian ikitərəfli münasibətləri, eləcə də aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Ərdoğan İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayıb və Ankaranın bu razılaşmanın sülh yolu ilə icrası istiqamətindəki səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
O, həmçinin, danışıqlar prosesini pozmaq cəhdlərinə qarşı ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Danışıqlar zamanı Türkiyə lideri regional sülhün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib və Ankaranın Tehran ilə ticarət, maliyyə və energetika sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətini bir daha təsdiqləyib.






.jpg)





















.jpeg)























