Yardımlı rayonunda yanğın baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.

Vətəndaşa məxsus tövlədə başlayan yanğın qısa müddətdə genişlənərək ətrafdakı ot bağlamalarına da keçib. Hadisə yerinə cəlb olunan Yardımlı Yanğından Mühafizə Hissəsinin iki texnikası hazırda alovun lokallaşdırılması istiqamətində iş aparır.

Xəlil Əliyev