Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq, tarixi rekorda imza atıb.
"Unikal" xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub.
O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.