Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı Polşanın hava məkanını pozmaqda ittiham edərək, bunu yeni eskalasiya səviyyəsi adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, "ən azı səkkiz hücum pilotsuz təyyarəsi" Polşaya yönəlib. Zelenski hesab edir ki, bu, “Avropa üçün son dərəcə təhlükəli presedentdir”. O, obyektlərin " NATO hava məkanında " fəaliyyət göstərdiyi vəziyyəti "eskalasiyanın növbəti mərhələsi " adlandırıb.

"Sanksiyalardakı pauza çox uzun çəkdi. Rusiya və onun əlaltılarına qarşı məhdudiyyətlərin tətbiqinin gecikdirilməsi yalnız zərbələrin şiddətini artıracaq", - o yazıb.