"Polşanın hava məkanı çoxlu sayda Rusiya pilotsuz təyyarələri tərəfindən pozulub".
"Unikal" xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk sosial şəbəkədə yazıb. O, ölkəsinə uçan dronların Rusiyaya aid olduğu iddia edib.
Tuskun sözlərinə görə, Polşanın ərazi təhlükəsizliyinə birbaşa təhlükə yaradan pilotsuz təyyarələr məhv edilib.