Şəmkir sakini su arxına yıxılaraq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayon Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Nəriman Sadıqov su arxına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Tural Əhmədov