Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin şöbə müdiri Natiq Eminov aidiyyəti üzrə məsul şəxslərlə birlikdə Ağstafa Rayon Dövlət Arxivinin yeni ünvanda fəaliyyətini davam etdirdiyi binadakı mövcud şəraitlə tanış olublar.

"Unikal"ın məlumatına görə, arxivin müdiri Pərvin Hacıyev bildirib ki, fəaliyyətlərini davam etdirdikləri Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 7 ünvanında yerləşən binada müəssisəsin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

Burada rayonun şəhər, qəsəbə və kəndlərini, eləcə də idarə, müəssisə və təşkilatları əhatə edən sənədlərin qorunub saxlanılması, mühafizəsi üçün yüksək tələblərə cavab verən geniş fond və digər inzibati otaqlar təsis olunub. Dövlət arxivinin əməkdaşları tərəfindən vətəndaşlara nümunəvi xidmət göstərilməsi, onların müraciətlərinin qanunamüvafiq qaydada baxılması məsələsi diqqət mərkəzində saxlanılır.