Gəncədə velosipeddən yıxılan azyaşlı dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan 8 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
*** 17:28
Gəncədə 8 yaşlı qız velosipeddən yıxılıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Ozan küçəsi ərazisində baş verib. Belə ki, 2017-ci il təvəllüdlü A.Abbasova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlı əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, A.Abbasova velosiped sürən zaman yıxılaraq ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov