Fransada ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı 473 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili işlər nazirliyi məlumat yayıb.

Saxlanmalar çərşənbə günü səhər saatlarından etibarən Fransanın müxtəlif regionlarında həyata keçirilib. Etirazlarda iştirak edənlərin dəqiq sayı açıqlanmayıb.

8 sentyabr tarixində Fransa Baş naziri Fransua Bayru hökuməti deputatların ona etimadsızlıq göstərməsindən sonra istefa verib.

Eyni zamanda, Parisdə etirazçılar küçələri bağlayır və kütləvi hərəkət olan “Hamını blok edək” çərçivəsində atəşlər yandırırlar. Bu aksiyalar hökumətin sərt iqtisadi tədbirlərinə etiraz olaraq keçirilir.