Xorvatiya millisinin kapitanı, "Real"ın sabiq futbolçusu, hazırda "Milan"ın formasını geyinənn Luka Modriçin 40 yaşı tamam olub.

"Unikal" xəbər verir ki, yarımmüdafiəçi doğum günü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım da edib.

O, fotosunu izləyiciləri ilə bölüşərək bu sözləri yazıb: "Yaş sadəcə bir rəqəmdir".

Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisinin üzvüdür. O, karyerası ərzində "Dinamo" (Zaqreb), "Jirinski", "İnter Zapreşiç", "Tottenhem" və "Real"da da çıxış edib.