"Kristal"ın "City Garden Narimanov" layihəsində həyata keçirilən "Premium" adlı stimullaşdırıcı lotereyası 1 sentyabr tarixində başa çatıb. 

"Unikal" xəbər verir ki, 27 fevral - 1 sentyabr tarixlərini əhatə edən lotereyada layihədən mənzil və ya obyekt əldə edən hər bir şəxs iştirak hüququ qazanıb.

Lotereyanın nəticələri 11 sentyabr tarixində "City Garden Narimanov"un satış ofisində (Nərimanov rayonu, Xəzri küçəsi) keçirilən tədbirdə elan edilib. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən olunub və proses "Kristal"ın rəsmi sosial media hesablarında canlı yayımlanıb.

"City Garden Narimanov" layihəsində "Premium" lotereyanın qalibləri seçildi - FOTOLAR

Ümumilikdə 28 iştirakçı müxtəlif hədiyyələrin sahibi olub:
•    1 nəfər "Porsche Taycan" elektromobili;
•    2 nəfər Maldiv adalarına 7 gecə, 8 günlük, 2 nəfərlik tətil paketi;
•    1 nəfər "City Garden Narimanov"da qaraj;
•    4 nəfər iPhone 16 Pro;
•    10 nəfər Samsung 4K televizor;
•    10 nəfər Xiaomi 4 Lite elektrikli skuter.

"City Garden Narimanov" layihəsində "Premium" lotereyanın qalibləri seçildi - FOTOLAR
 
Qaliblərin siyahısı "Kristal"ın sosial media kanallarında paylaşılıb.

Ətraflı: *1544

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi.

kristal.az