İsrailin Qətərin paytaxtına endirdiyi zərbələr Yaxın Şərq regionunda sabitliyin daha da pozulmasına gətirib çıxarır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq üzrə plenar iclasında deyib.
"Görüşümüz İsrailin sentyabrın 9-da Qətərin paytaxtı Dohaya endirdiyi raket və bomba zərbələrindən sonra Yaxın Şərqdə hərbi və siyasi gərginliyin kəskin artması kontekstində baş tutur. Biz bu hadisə ilə bağlı xəbəri dərin narahatlıqla qarşıladıq. Biz bunu beynəlxalq hüququn, ilk növbədə BMT Nizamnaməsinin kobud şəkildə pozulması, müstəqil dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Yaxın Şərqdə vəziyyətin daha da sabitləşməsinə aparan addım kimi qiymətləndiririk", - deyə diplomat qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, bu cür hərəkətlər ən sərt qınağa layiqdir.
Ağarza Elçinoğlu