Polşa Xarici İşlər Nazirliyi Polşa tərəfinin xahişi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırıldığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-məlumat yayıb.
"Varşavanın tələbi ilə Polşanın hava məkanının pozulmasını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılacaq", - KİV-də qeyd olunub.
Eyni zamanda Polşa Xarici İşlər Nazirliyi Rusiyanı hava məkanını pozmaqda ittiham edib. Bundan əvvəl Polşa prezidenti Karol Navroçki sentyabrın 11-də ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Qeyd edək ki, ötən gün Rusiya PUA-larla Polşa hava məkanını pozub.
Gülayə Mecid