"Biz lisey və gimnaziyalarda oxuyan uşaların sayının artırılmasını istəyirik".

"Unikal" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə deyib.

O bildirib k, bu sistemi vahidləşdirməyə çalışırlar.

"Ölkədə lisey və gimnaziyaların sayının 100- ə çatmasını planlaşdırırıq.Biz lisey və gimnaziyaların məzun keyfiyyətini görürürk. Onların arasından alimlər çıxacaq. Bunu görmək üçün zaman lazımdır."- deyə nazir qeyd edib.