Gürcüstanın həbs edilən keçmiş müdafiə naziri Xuanşer Burçuladze beyin silkələnməsi səbəbindən təcridxana əvəzinə xəstəxanaya aparılıb.

"Unikal" “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Keçmiş məmurun bir neçə gün əvvəl Kaxetidə yıxılaraq xəsarət aldığı iddia edilir. Həkim Burçuladzeyə yataq istirahəti təyin etdiyinə görə, DTX onun tibb müəssisəsinə köçürülməsi tələbi ilə razılaşıb.

“Saxlanılan zaman Xuanşer Burçuladze bildirib ki, bir neçə gün əvvəl Kaxetiyada yıxılıb və yüngül beyin silkələnməsi alıb, buna görə həkim ona yataq istirahəti yazıb və tibb müəssisəsinə köçürülməsini istəyib”, - deyə məlumatda bildirilir. 

*** 17:24

Gürcüstanda keçmiş müdafiə naziri Xuanşer Burçuladze korrupsiyaya görə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Burçuladze vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada, dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Onu 9 ildən 12 ilə qədər həbs gözləyir.

Burçuladze 2021-2024-cü illərdə bu vəzifədə olub və “Gürcü arzusu” partiyasının üzvüdür. 

Ağarza Elçinoğlu