"Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.
O qeyd edib ki, hazırda cinayət işinin materialları ilə tanışlıq mərhələsidir və iş yaxın günlərdə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.