Şəmkir sakini həyətyanı sahəsini narkoplantasiyaya çevirib.
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkirdə narkotik bitki əkib-becərməklə məşğul olan rayon sakini saxlanılıb. Polis onun yaşadığı evdən külli miqdarda çətənə kolları və qurudulmuş marixuana aşkar edib.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Polis bu dəfə həyatyanı sahəsindən cinayət əməli üçün istifadə edən şəxsin kimliyini müəyyənləşdirib. Təzəkənd sakini, 46 yaşlı Vasib İsgəndərovun evinə baxış keçirilib. Oradan aqrotexniki qaydada qulluq göstərilərək becərilən çətənə kolları aşkarlanıb.
V.İsgəndərovun evindən istifadə üçün hazır olan qurudulmuş marixuana da tapılıb.
Baş müstəntiq Bəxtiyar Rəhimov V.İsgəndərovun evinin həyatyanı sahəsində 24 ədəd çətənə kolunu aqrotexniki qayadada qulluq göstərərək becərdiyini, bundan başqa, onun mənzilindən 122,18 qram qurudulmuş marixuna da aşkarlanaraq götürüldüyünü bildirib.
Saxlanılan V.İsgəndərov narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.
O, buna qədər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Rusiyada 9 il məhkumluq həyatı yaşayıb.
V.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib. Açılan cinayət işi üzrə araşdırma aparılır.