ABŞ-ın məşhur telekanalı"Fox News"un sahibi Rupert Myordok kanalın direktoru Roger Ayleri işdən qovub.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb isə onun bəzi qadın işçiləri cinsi istismar etməsi olub. Bu iddiadan sonra Aylerə qarşı məhkəmə açılıb.

İddialar kanalın keçmiş aparıcısı Qreçen Karlsonun keçmiş direktorunu məhkəmə verməsi ilə yayılıb. Kanal rəhbərliyi keçən ay Qreçenin müqaviləsini yeniləməməklə bağlı qərar vermişdi. Ondan sonra aparıcı xanım telekanala qarşı bu iddianı səsləndirib. Rəhbərlik deyilənləri araşdırmaq üçün hüquq firması ilə müqavilə imzalayıb.

Firmanın danışıq apardığı bəzi qadın işçilər də Aylesin onları zorladığını söyləyiblər. Kanalın son zamanlarda ulduzu parlayan aparıcısı Meqin Kelli də 10 il əvvəl, hələ müxbir olduğu zaman zorlandığını etiraf edib. Digər işçilər bu iddiaları əsassız saysa da, FOX-un sahibi, milyarder R.Murdoç qərarını verərək direktorla işləmək istəmədiyini söyləyib.

Aylesin vəkili Suzan Estrix isə müvəkkilinin qovulmadığını, rəhbərliklə razılıq əsasında ayrıldığını səsləndirib.

Rupert Myordok (Rubert Murdoch)


Qreçen Karlson (Gretchen Carlson)


Meqin Kelli (Megyn Kelly)