Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 9.606 qram, digərindən isə 2 bükümdə xalis çəkisi 83.418 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.