Azərbaycandakı xarici investorların yeni qorxusu
12:14 19-01-2016
CƏMİYYƏT
Bank olmayan kredit təşkilatları ciddi problemlə üzləşib
Azərbaycanda yaranmış ağır iqtisadi vəziyyət təkcə əhalini və bankları yox, bank olmayan kredit təşkilatlarını da çətinliklə üzləşdirib. Belə ki, ölkədəki bəzi bank olmayan kredit təşkilatları birləşəcək. Bunun üçün artıq danışıqlara başlanılıb.
Həmin yolla gələcək fəaliyyətlərini tənzimləmək istəyn bu qrumların indi ən əsas problemi xaricdən cəlb etdikləri investisiyalarla bağlıdır. Çünki bank olmayan təşkilatların əksəriyyətinin vəsaitləri xarici investorlardan gəlir. Manatın məzənnəsidə baş verən dəyşikliklərdən sonra isə beynəlxalq maliyyə təşkilatları ölkədəki bank olmayan kredit təşkilatlarına investiysa yatırmağa ehtiyat edirlər.
Təklif olunur ki, yaxın günlərdə onlarla əlaqədar dövlət qrumlarını görüşü keçirilsin.
AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov deyir ki, bizim investorlar konkret olaraq İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə görüşüb ölkədəki vəziyyətə bələd olmaq istəyirlər.
Hazırda ölkədə 48 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Onların kredit potfeli ümumilikdə 560 milyon manatdır.
Bu təşkilatlar yarandıqları gündən, yəni 2001-ci ildən indiyə qədər 400 min adama kredit veriblər ki, bunun da 20 faizi problemli kreditlərdir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42