Nərimanovda

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Nərimanov rayonundakı Məktəb Lisey Kompleksində anım mərasimi keçirilib.
Mərasimdə rayonda yaşayan 20 Yanvar şəhid ailələri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxıblar.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxış edənlər 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat veriblər.
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilmiş, şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirilmiş və qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Hüseyn