İraqın paytaxtı Bağdadda qaçqınların müvəqqəti yerləşdirildiyi düşərgə minaatanlardan atəşə tutulub.

Unikal.org-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 4-ü uşaq olmaqla 6 nəfər ölüb.

Bildirilir ki, düşərgəyə 3 mərmi düşüb.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.