Bakıda qadının yaşadığı mənzilə basqın olub.

Unikal.org report-a istinadən bildirir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi ev 69 ünvanında qeydə alınıb.

Həmin ünvanda naməlum şəxs qapını döyərək aldatma yolu ilə mənzilə daxil olub və 1952-ci il təvəllüdlüTatyana Alinovanı döyərək ona xəsarət yetirib. Bundan sonra naməlum şəxs mənzildəki qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.

Kəllə-beyin travması alan T.Alinova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.