Fobres jurnalı 2016-cı ilin ən çox qazanan yazıçılarının adlarını açıqlayıb. Reytinqdə birinci yeri 95 milyon dollar gəlirlə inspektor Aleks Kross barədə seriya romanların müəllifi Ceyms Patterson tutub.
Unikal.org buro217.az-a istinadən bildirir ki, ikinci yeri "Zəifin gündəliyi" bestsellerinin müəllifi Ceff Kinni (19,5 milyon dollar), üçüncü yeri isə Harri Potter barədə kitabların müəllifi Coan Roulinq (19 milyon dollar) tutub.
Siyahıda dördüncü yerdə Hollivudda ekranlaşdırılan bir çox kitabların müəllifi Con Qrişem (18 milyon dollar) qərarlaşıb.
Beşinci pilləni üç yazıçı öz aralarında bölüşdürür: sevgi və detektiv
romanları seriyasının müəllifi Nora Roberts, sevgi romanları ilə
məşhurlaşan Daniela Stil və Stiven Kinq. Onların hər biri 15 milyon
dollar qazanıb.
"Bozun 50 çaları"nın müəllifi E.L.Ceyms 14 milyon dollarla 8-ci pilləni tutub. 9-cu pilləni öz aralarında "Qatarda qız"ın müəllifi Pola Hokins, "Ulduzlar günahkardır"ı yazan Con Qrin və "Diverqent" kitabına görə tanınan Veronika Rot bölüşdürüblər. Onların hər biri 10 milyon dollar qazanıblar.
Reytinqi "Kod da Vinçi"nin müəllifi Den Breaun, Persi Cekson barədə romanlar seriyasının müəllifi Rik Riordan və "Buz və alov mahnısı" saqasının müəllifi Corc Martin qapadır. Onlar isə hər biri 9,5 milyon dollar qazanıblar.