ABŞ-da müəyyən müddət yaşamış nüvəçi alim Şəhram Əmiri Tehranda edam
edilib. Unikal.org-un "BBCyə istinadən verdiyi xəbərə görə, bu barədə alimin
yaxınları məlumat yayıblar.
2009-cu ildə Məkkəyə Həcc ziyarətinə yollanan Şəhram Əmiri yoxa çıxıb və bir müddət sonra ABŞ-da peyda olub. Onun ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən zorla saxlanıldığı barədə bildirilirdi. ABŞ alimin oğurlanmasına dair ittihamları təkzib edib. 2010-cu ildə "ABC News telekanalı Şəhram Əmirinin ABŞ-a qaçdığını və MKİ-yə İranın nüvə proqramı barədə məlumat toplamağa kömək etdiyini bildirib.
Bundan sonra Ağ Ev alimin ABŞ-a qaçdığını və Vaşinqtona mühüm məlumatların ötürdüyünü bildirib. 2010-cu ildə Tehrana qayıdan Şəhram Əmiri həbs olunub.