Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan 5 nəfər qarpızdan zəhərlənib.

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, avqustun 5-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan azyaşlılar - Kamilə Alıyeva, Ümid Alıyev, İslam Alıyev, Fərid Xankişiyev və Şərafət Xankişiyeva qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.