Avqustun 17-si xalq artisti İlhamə Quliyevanın doğum günüdür.
Unikal.org xəbər verir ki, mərhumun oğlu Orxan Nadirov aznews.az-a açıqlamasında deyib ki, İlhamə Quliyeva öz evində anılacaq: "Sabah bizim ailə üçün qara bayramdır. Öncə İlhamə xanımın məzarı ziyarət olunacaq. Sonra isə evimizdə hamı kimi ehsan süfrəsi veriləcək".
O.Nadirov onu da əlavə edib ki, hazırda İlhamə Quliyevanın evində yaşayır: "Şəhərə gələndə burada qalıram. Amma varisliklə bağlı məhkəmə prosesi hələ davam edir".