Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Sabah”ın da mümkün rəqibi bəlli olacaq. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alacaq Bakı klubunun potensial rəqibləri "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Slovan" (Slovakiya), "Lex" (Poznan, Polşa), "Selye" (Sloveniya), "Omoniya" (Kipr), "Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) cütünün qalibi, "Hapoel" (Beer-Şeva, İsrail), "Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi, "Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi, "Borats" (Bosniya və Herseqovina) - "Levski" (Bolqarıstan) cütünün qalibi olacaq.
Komanda ilk raundda Uels təmsilçisi TNS ilə üz-üzə gələcək. I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də, növbəti raundun ilk qarşılaşmaları isə iyulun 17-də keçiriləcək.










.png)






































.jpg)

