Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov karyerasını Rumıniyada davam etdirəcək.

"Unikal" xəbər verir ki, müdafiəçi bu ölkənin "Petrolul" klubuna keçib. Onunla 2 illik müqavilə imzalanıb.

C.Hüseynovun son klubu Bolqarıstanda "Arda" olub.