"Regionlarda ciddi həkim kadrlarının çatışmazlığı var. Bir neçə dəfə bu məsələni qaldırmışıq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib
"Bu istiqamətdə işlər aparılır. Ölkəmizdə kifayət qədər həkim kadrları hazırlanır", - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, ölkədə ümumilikdə həkim qıtlığı yoxdur və hər 100 min nəfərə düşən həkim sayına görə Azərbaycan bir çox ölkələrlə müqayisədə əlverişli vəziyyətdədir. Lakin həkimlərin böyük hissəsi iri şəhərlərdə cəmləşdiyindən regionlarda bir sıra ixtisaslar üzrə ciddi kadr çatışmazlığı müşahidə olunur.
Ə.Əmiraslanov qeyd edib ki, regionlardakı boşluqların aradan qaldırılması üçün müxtəlif mexanizmlər üzərində iş aparılır, o cümlədən bəzi ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsi və yaşlı mütəxəssislərin fəaliyyət müddətinin uzadılması məsələlərinə baxılır.
O vurğulayıb ki, bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır.
Anar Kəlbiyev













.jpg)







.png)



























