Rio-2016-da mübarizəyə başlayan Rəsul Çunayev (66 kq) ilk döyüşünü qələbə ilə bitirib.

1/16 final mərhələsində Migel Palasio Martineslə (Kuba) görüşən Rəsul Çunayev ona qalib gələrək (4:2) 1/8 final mərhələsinə adlayıb.

Onun 1/8-dəki rəqibi İslambek Albiyev (Rusiya) olacaq. Görüş 17:32-də başlanacaq.

18:00
Rəsul Çunayev növbəti qələbəsini bayram edib.

Təmsilçimiz səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.

***

19:14

Azərbaycan güləşçisi Rəsul Çunayev dörddəbir final mərhələsində də rəqibindən güclü olub. Bu mərhələdə əlcəzairli idmançı Tarek Aziz Benaissa ilə üz-üzə gələn güləşçimiz rəqibini tam üstünlüklə məğlub etməyi bacarıb. Rəsul Çunayev 1/4 final mərhələsində Bena İssa Tarik Azizi(Əlcəzair) 10:2hesabı ilə məğlub edərək yarımfinala çıxdı.

***

Rio de Janeyrodakı "Carioca Arena 2"də keçirilən 1/2 final qarşılaşmasında 25 yaşlı Rəsul Çunayevin rəqibi Ermənistan təmsilçisi, 27 yaşlı Miqran Harutyunyan idi. Çox gərgin keçən mübarizədə R.Çunayev erməni güləşçiyə 1:4 hesabla məğlub olub. Rəsul Çunayev bürünc medal uğrunda mübarizə aparacaq.

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edir. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Rəqibin adına isə təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Miqran Harutyunyan İlk Avropa Oyunlarında güləşçimiz Həsən Əliyevi məğlub etmişdi, onun finala gedən yolunu bağlamışdı. 

***

00:09

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda Cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

Qeyd edək ki, bu, güləş millimizin ikinci bürünc medalıdır.